Rusiyada təyyarə qəzası: yaralıların sayı artır - VİDEO

img

15-08-2019 [21:42]


Rusiyada "Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.

Bu barədə "RİA Novosti" xəbər yayıb.

Qeyd edilir ki, onlardan 19-u uşaqlardır. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, "Ural Airlines” şirkətinə məxsus "Airbus-321” təyyarəsi Moskvadakı "Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.

Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub/Report.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR