“Aqrolizinq” ammofos gübrəsinin güzəştli satışına başlayacaq

img

15-08-2019 [16:16]


Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq” ASC gələn aydan mineral gübrələrin, xüsusilə mövsümə uyğun ammofos gübrəsinin səyyar satışına başlayacaq. 

KTN-dən Mia.az-a verilən məlumata görə, fermerlər müvafiq sənədləri təqdim etməklə və yerində ödəniş etməklə öz kəndlərində gübrə əldə edə biləcəklər.

Ammofos gübrəsinin 1 tonunun satış qiyməti 1 000 manat, dövlət tərəfindən tətbiq edilən 70% güzəştlə isə 300 manatdır. Başqa sözlə, 50 kiloqramlıq 1 kisə gübrə 15 manata satılır. 

Qeyd edək ki, ammofos azot-fosfor qarışıqlı komleks gübrədir, tərkibində 12% azot və 52% fosfor vardır. Əksər bitkilərdə əkindən öncə şum altına, səpinlə birgə və torpaqda fosfor çatışmazlığı olduğu halda yemləmə olaraq tətbiq edilir. Ammofos fosfor ağırlıqlı kompleks gübrə olduğuna görə ölkəmizdə əsasən payız aylarında dənli bitkilərin əkini zamanı və əkinqabağı şum altına verilir. Ammofos torpaqda münbitliyin artmasına və bunun sayəsində əkilən məhsulun keyfiyyətinin və məhsuldarlığın yüksəlməsinə, böyümənin və inkişafın normallaşdırılmasına kömək edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR