Azərbaycandan Gürcüstana pul köçürmələri 22% artıb

img

15-08-2019 [15:34]


Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

Azərbaycandan Gürcüstana pul köçürmələri ümumi köçürmələrdə 1,4% paya malik olub. Qeyd edək ki, iyulda Gürcüstana xarici ölkələrdən 154,5 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 10,1 milyon dollar və yaxud 7% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 19,2 milyon dollar pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətən 1,6 və yaxud 0,3 milyon dollar çoxdur/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı