Rusiyada neftin ixrac rüsumu azalacaq

img

15-08-2019 [15:08]


Rusiyanın Maliyyə Nazirliyi bir ton neftin ixrac rüsumunu sentyabrın 1-dən 3,4 dollar azalaraq 90,7 ABŞ dolları təşkil edəcəyini açıqlayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu il iyulun 15-dən etibarən "Urals” markalı neftin bir bareli 61,44 dollara, bir tonu isə 448,5 dollara satılıb. Buna əsasən qatılığı yüksək neftin rüsumu 9,4 dollardan 9 dollaradək azalacaq.

Həmçinin açıq neft məhsulları və yağların rüsumu bir tona görə 27,2, tünd məhsulların isə 90,7 dollaradək ucuzlaşacaq. Əmtəə benzininin ixrac rüsumu 27,2 dollara, naftanın qiyməti 51,7 dollardan 49,8 dollara, koksun isə 6,1 dollardan 5,8 dollara düşəcək

Digər xəbərlər
SON XƏBƏRLƏR