ABŞ İranı dünyadan təcrid edir: "Gəmilərini saxlayın..."

img

15-08-2019 [15:05]


ABŞ-ın Ədliyyə Departamenti Cəbəllütariq muxtar hökumətinin azad etmək niyyətində olduğu İranın "Grace 1” tankerini bir neçə saat əvvəlcədən saxlamağı xahiş edib.

RİA "Novosti xəbər verir ki, ABŞ tərəfindən gələn sorğu Cəbəllütariq Ali Məhkəməsinin məsələyə dair iclası zamanı baş prokuror Maykl Laması təmsil edən hüquqşünas tərəfindən açıqlanıb.

Cəbəllütariq hökuməti İran tankerini bu gün səhər azad etməyi nəzərdə tutsa da, ABŞ-dan gələn sorğuya görə, son qərar saat 16:00-dək təxirə salınıb.

Bundan əvvəl "The Sun” nəşri Cəbəllütariq muxtar hökumətinin rəhbəri Fabian Pikardoya yaxın mənbələrə istinadən bir aydan çoxdur həbs olunmuş İran tankerinin bu gün səhər azad ediləcəyini bildirmişdi/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR