Heydər Əliyev parkı satılıb, “Tuqay meşləri”ndə deputat bostan əkir - Nazir və komitə sədrləri isə...

img

15-08-2019 [13:52]


İmişli rayon sakini Məhbub Zülfüqarlı Mia.az saytına maraqlı fakt və iddialarla zəngin məktub göndərib.

Mia.az oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, həmin məktubu olduğu kimi təqdim edir:

***

"Nəzrə almağınızı xahiş edirik”.

Bu ifadə nazirliklərə, komitə sədrlərinə, hətta prezidentə yazılmış şikayət ərizələrinə tədbir görülməsi üçün vətəndaşlara  göndərilən cavab məktublarının sonunda ənənəvi olaraq işlədilir.

Cavab məktublarının təsviri hissəsində tədbir görülməsinin mümkünsüzlüyüni ifadə edən cümlələr, "Tarixi nadir” məsəlli guya qanunlara istinad, vətəndaşlarda və özlərində qorxu, vahimə yaradan bitmiş bir fikri ifadə edə bilməyən cümlələr işlədilir, axırda "nəzərə almağınızı xahiş edirik”.

Diqqətli oxucu, bu ifadəni analiz etdikdə qənaətimiz bundan ibarətdir: " Vallah, Allah haqqı gücümüz çatmır”, "Bizi bağışlayın”, "Sizə and veririk bizi bəlaya salmayın”, "Xətanızı bizdən uzaq edin” və s. və s.

Qardaşlar, mən şikayət ərizəsi yazmışam ki, İmişlidə Heydər Əliyev parkı satılıb, nazir və komitə sədrlərinə əyan edirəm ki, rayona gələndə çörəyini yediyiniz bu kişinin heykəlinin qarşısında gül dəstələri düzüb təzim edərkən "Bizi bağışlayın” ifadəsi işlətməmək üçün bu dahi kişinin adına verilmiş parkı öz adına qaytarın və üzü ağ, alnı açıq çıxıb gedin!

Mənə verdiyiniz cavabda mən nəyi nəzərə almalıyam axı?!. Mən nəzərə almıram və almayacağam! Mən sizlərə məktub ünvanlayıram ki, qum-çınqıl karxanaları satılması üçün Araz çayının məcrası dəyişdirilib, mühafizə zolağı məhv edilib, örüş yerləri satılıb, heyvanlar tökülüşüb İmişlinin küçələrinə, gündüz günorta çağı yazıq baxışlarla üzümüzə baxır, biz heyvanların gözünə baxa bilmirik nəyi nəzərə almalıyam qaytar göstərdiyim faktları araşdır tədbir gör nəzə alım. Almasam, mənə ikinci siyasi məhbus həyatı yarat!

Mən yazıram ki, Azərbaycanda nadir sayılan "Tuqay meşləri” qırılıb məhv olub yerində bir deputat (adını dəfələrlə hallandırmışam) qarpız-yemiş-şomma” (!?) əkdirir, meşə yandırılır ki, torpaq sahəsi satılsın özüdə hamının gözü qabağında tədbir görüləndir və ya iy qoxu İmişlini bürüyüb, kimyəvi maddələrdən gələn orqanizim üçün zəhərli maddələr gələcək nəslimizin kökünü kəsəcək deyirsən nəzərə al! 

Meşələrin qırılması, yandırılmasının qarşısı alınsaydı, kimyəvi maddələrin təsiri ən azından 50 % azalardı. Nəzərə almıram və almayacağam. 

Yazıram ki, İmişlinin mərkəzindən keçən "Nohur” arx deyilən su kanalının içərisi it, pişik, yollarda kəsilmiş heyvanların tullantıları ilə ağzına qədər dolub təmizlənmir, camaat qırılıb-batır, təbiətin gücü çatmır bu zərər vericiləri məhv etməyə, pis qoxunu təmizləməyə mənə məktub ünvanlayırsan ki, nəzərə almaqınızı xahiş edirik. Bu ifadəni mənə yazmaqla həm də mənim təhlükəsizliyimi də qoruyursan bunu dərk edirəm. Yəni "palaza bürün elnən sürün”.

Əziz qardaşlarım, nazirlər komitə sədrləri, Agentlik rəhbərləri mən nəzərə alsam da, iş bitmiş hesab olunmur. Sən və Sizlər nəzərə alın!

Əgər bu fırıldaqçıların haqqında vaxtında tədbir görsəydiniz mənə göndərdiyiniz cavab məktublarında məni ittiham da edərsiniz və bu mühiti məmura yaraşmayan ifadəni işlətməzdiniz. 

İndi mən Sizlərə üz tuturam!

"Xahiş edirəm, nəzərə alasınız”.

Allah xeyrinizi versin!

Hörmətlə, Məhbub Əvəz oğlu Zülfüqarlı

TEL: 070-277-87-27".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR