13-08-2019 [22:14]
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator vəzifəsinə təyinat olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.
Qeyd edək ki, V. Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib/APA