Çempionlar Liqası:2 qol, bir qırmızı kart... - “Qarabağ” APOEL-ə uduzdu

img

13-08-2019 [22:23]


UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ” bu gün Kiprin APOEL komandası ilə cavab qarşılaşmasına çıxıb.

Mia.az xəbər verir ki, oyunun birinci hissəsində qonaqlar hesabı açıb.

Belə ki, oyunun 34-cü dəqiqəsində "Qarabağ"ın qapısına penalti təyin olunub. Tomas De Vinsenti penaltini dəqiq yerinə yetirib - 0:1.

68-ci dəqiqədə isə Matik fərqi 2-yə çatdırıb - 0:2.

Oyun bu hesabla başa çatıb.

Onu da qeyd edək ki, oyunun əısas vaxtına əlavəı edilmiş 4-cü dəqiqədə "Qarabağ"ın oyunçusu Riçard qırmızı kartla meydandan qovulub. 

Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Qarabağ" Çempionlar Liqası ilə vidalaşıb. Komandamız bundan sonra Avropa Liqasında mübarizə aparacaq.

Xatırladaq ki, Kiprdə keçirilən ilk görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR