DYP-nin "kilid isim"i də işdən çıxarıldı - Nazir adı qalmaqallarda hallananları sistemdən uzaqlaşdırır

img

13-08-2019 [18:40]


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  xəbəri təsdiqləyiblər/APA.

Yeri gəlmişkən, qeyd edək ki, avqustun 12-də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumat üçün qeyd edək ki, M.Rəhimovun adı DYP sistemində ən qalmaqallı şəxs kimi, əsasən də bahalı nömrə satışı və digər neqativ məsələlərdə həmişə hallanıb.  Hətta ötən gün təqaüdə göndərilən Mübariz Şahbazovun M.Rəhimovun əsas himayəçisi olduğu da mətbuatda yazılıb. Bir sözlə, M.Rəhimov DYP-nin "kilid isim"lərindən sayılırdı...

Bir ara isə M.Rəhimovun cənub zonasında,  daha dəqiqi Lənkərandakı istirahət mərkəzinin fotoları da yayılmışdı...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR