İcra başçısı şəhid ailələri və müharibə əlillərinin xahişini cavabsız buraxdı - Sənəd

img

13-08-2019 [18:05]


Azərbaycan Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranları İctimai Birliyinin Bərdə rayon Təşkilatının Qurban bayramı münasibəti ilə rayonun icra başçısına xoşməramlı rəsmi müraciəti cavabsız qalıb.

Mia.az xəbər verir ki, bu barədə birliyin Qarabağ üzrə mətbuat katibi, ictimai fəal Bəxtiyar Ağdərli sosial şəbəkədə sənəd paylaşıb.

Sənəddən aydın olur ki, Birliyin Bərdə rayon şpbəsinin rəhbəri Elman Türbəndəyev  avqustun 8-də rayonun icra başçısı Vidadi İsayevə rəsmi müraciət edib. O, məktubunda Qurban bayramı münasibəti ilə şöbənin 20 üzvünə maddi və mənəvi  dəstək göstərilməsini xahiş edib.

B.Ağdərəlinin sözlərinə görə, bu məktub cavabsız buraxılıb: "İcra başçısından xahiş etdik ki, bu əziz gündə 20 imkansız üzvümüzə Qurban əti payı verilsin. Amma təəssüf ki, bu  müraciətimizin heç bir nəticəsi olmadı".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR