Bu sahədə işləyənlərin də maaşları artırıldı - SİYAHI + Məbləğlər

img

13-08-2019 [11:06]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.


Bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1265 manatdan 1710 manatadək artırılıb.

Eyni zamanda, qərarla Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavininin aylıq vəzifə maaşı 1380 manat (indiyədək 985 manat), şöbə müdiri, baş mühasibin aylıq vəzifə maaşı 910 manat (indiyədək 649 manat), baş məsləhətçinin aylıq vəzifə maaşı 630 manat (indiyədək 451 manat), aparıcı məsləhətçinin aylıq vəzifə maaşı 600 manat (indiyədək 429 manat), məsləhətçinin aylıq vəzifə maaşı 585 manat (indiyədək 418 mana), Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssisin aylıq vəzifə maaşı 340 manat (indiyədək 220 manat), sürücünün aylıq vəzifə maaşı 320 manat (indiyədək 242 manat), xadimənin aylıq vəzifə maaşı isə 260 manat (indiyədək 171 manat) olub.


Sıra №-siVəzifələrin adıAylıq vəzifə maaşı (manatla)
1.İcraçı direktor1710
2.İcraçı direktorun müavini1380
3.Şöbə müdiri, baş mühasib910
4.Baş məsləhətçi630
5.Aparıcı məsləhətçi600
6.Məsləhətçi585
7.Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis340
8.Sürücü320
9.Xadimə260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.


***


Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.


Mia.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:


Sıra №-siVəzifələrin adıAylıq vəzifə maaşı (manatla)
1.Mərkəzin rəisi790
2.Mərkəzin rəisinin müavini625
3.Aparıcı məsləhətçi460
4.Məsləhətçi455
5.Avtomobil sürücüsü320
6.Kargüzar295
7.Xadimə260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.


***


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:


Sıra №-siVəzifələrin adıAylıq vəzifə maaşı (manatla)
1.İdarə rəisi720
2.İdarə rəisinin müavini520
3.Baş mühasib, sektor müdiri470
4.Baş mühasibin müavini, baş məsləhətçi445
5.Metodiki Mərkəzin müdiri430
6.Aparıcı məsləhətçi415
7.Məsləhətçi405
8.Metodist390
9.Bölmə rəhbəri375
10.Böyük iqtisadçı, böyük mühasib370
11.Aparıcı mühasib350
12.İqtisadçı, mühasib, kompüter üzrə mütəxəssis340
13.Avtomobil sürücüsü320
14.Katibə-kompüter operatoru295
15.Xadimə, fəhlə260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.


***


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Sıra №-siVəzifələrin adıAylıq vəzifə maaşı (manatla)
1.Baş direktor, direktor960
2.Baş direktorun birinci müavini865
3.Baş direktorun müavini, direktorun müavini770
4.Şöbə rəisi, elmi işlər fondunun müdiri, baş mühasib650
5.Bölmə rəisi610
6.Baş hüquq məsləhətçisi, baş mütəxəssis, mülki müdafiə üzrə qərargah rəisi570
7.Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis515
8.Mütəxəssis460
9.Avtomobil sürücüsü320
10.Kompüter operatoru, inspektor, xəzinədar295
11.Gözətçi, xadimə260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR