İlham Əliyev, Putin və Ruhaninin görüşü təxirə düşdü

12-08-2019 [23:37]
Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu həftə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin zirvə görüşü texniki səbəblərə görə təxirə salınıb”, – deyə o, əlavə edib/Report.


SON XƏBƏRLƏR