Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

11-08-2019 [13:01]


Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq.

Mia.az ETSN-ə istinadla bildirir ki, Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu, Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarındaəsasən yağmursuz. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti,dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR