Tramp 10 günlük məzuniyyətə çıxıb

09-08-2019 [21:58]
ABŞ prezidenti Donald Tramp bu gündən - avqustun 9-dan tətilə gedib.

Bu barədə ölkə mediası xəbər yayıb.

Bildirilib ki, D.Tramp tətilini Nyu-Cersi ştatındakı "Bedminster" qolf klubunda keçirməyi planlaşdırır.

On gün davam edəcək tətil müddətində ABŞ liderinin həmçinin bir sıra rəsmi tədbirlərdə iştirakı və səfərləri nəzərdə tutulub/Report.


SON XƏBƏRLƏR