Villanı tikiblər, dənizə yolu hasarlayıblar və...

09-08-2019 [21:27]
Elxan ŞAHİNOĞLU

***

Sosial şəbəkələrdə formalaşan ictimai rəyin təsir gücünə bu gün bir daha şahid oldum. 

Xəzərin hasarlanması problemi həll olunmasa da, Pirşağının dəniz sahilində gəzişərkən ən bərk gedən 5 villanın Xəzərin içinə qədər uzanan hasarlarının dənizə yolu qapadan hissəsinin artıq söküldüyünü müşahidə etdim.

Həyatımda ilk dəfə dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsləri 20-30 metr arasında sökülüb.


Ən dəhşətlisi odur ki, dəyəri milyonlarla dollar olan villaların heç birində həyat yoxdur. Villanı tikiblər, dənizə yolu hasarlayıblar və... çıxıb gedib İspaniyada, Maldiv adalarında və daha haralarda dincəlirlər. Dəniz yolunu hasarlayan villalar onlara farmazonluq üçün lazımdır. 

Dövlətin sütunlarını laxladan məhz bu farmazonluqdur. Bu dəfə onların hasarlarının sütunlarını laxladıblar, ancaq həmin sütunların tamamən qopardılmasına və dənizin bütün sahilinin xalqa qaytarılmasına ehtiyac var.

Dənizin içinə uzanan 5 villanın hasarı sökülüb –

Dənizin içinə uzanan 5 villanın hasarı sökülüb –
Dənizin içinə uzanan 5 villanın hasarı sökülüb –



SON XƏBƏRLƏR