Cavid Qurbanovun rəhbərlik etdiyi qurum borc içində boğulur - Yığılmış zərər 1 milyard manatı keçib

img

09-08-2019 [15:27]


"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 3 757,571 milyon manat təşkil edib.

"Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 3% çoxdur.

Hesabat dövründə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 13,9% artaraq 2 900,728 milyon manat, cəmi kapitalı isə 22,3% azalaraq 856,843 milyon manat, o cümlədən nizamnamə kapitalı 11% artaraq 806,062 milyon manat olub.

2017-ci ildə ADY-nin əməliyyat gəlirləri 384,648 milyon manat (2017-ci ilə nisbətən 5,95% çox), əməliyyat xərcləri 427,596 milyon manat (15,4% çox), digər xərcləri 510,286 milyon manat (8,6% az), mənfəət vergisi ödəmələri isə 2,309 milyon manat (1 il əvvəl qənaət edib) təşkil edib.

Son nəticədə ADY 2017-ci ili 555,543 milyon manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 11,85% çoxdur.

Hesabat dövründə qurumun yığılmış zərəri isə 2 dəfədən çox artaraq 1 103,384 milyon manata çatıb. Qeyd edək ki, səhmdar cəmiyyəti 2018-ci ilin yekunları ilə bağlı maliyyə hesabatını hələ açıqlamayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR