"Xımır-xımır büdcəni yeyirlər" - "Azərişıq"ın 6 aylıq şirkətlə maliyyə fırıldağına sərt reaksiya

img

09-08-2019 [13:43]


""Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün, güya, tender elan edib”. 

Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, tenderi cəmi 6 ay əvvəl yaradılmış "Tikinti Təmir RR" şirkəti udub və artıq 1 549 307 manatlıq müqavilə imzalanıb. 

"Bu şirkətin nə təcrübəsi var, nə əlavə müqavilələri, nizamnamə kapitalı da cəmi 10 manatdır. 

Qanun deyir ki, tenderi udmaq üçün şirkətlərin azı 3 illik təcrübəsi, audit hesabat olmalıdı, amma deyəsən bu şirkətin yeganə uğuru məmur qohum-əqrabası olmasıdır, yəni adamlar doğuşdan şanslıdırlar. 

Deyəcəksiz ki, 1 mln 550 min manat nə puldu ki, ölkədə milyardlar yeyilir - haqlı ola bilərsiz, amma büdcə pulunu, dövlət şirkətlərinin pulunu məhz belə, xımır-xımır gəmirirlər, əvəzində dövlətçilikdən-zaddan danışırlar. Bu gəmiricilərə görə, bizdə "dövlətçilik" əvəzinə hələ ki, "çilikdövlət" alınır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR