Almazbek Atambayevin cinayət işi üçün çəkilən fotosu yayılıb - FOTO

09-08-2019 [14:58]
Sosial şəbəkədə Qırğız Respublikasının hazırda həbsdə olan keçmiş prezidenti Almazbek Atambayevin cinayət işi üçün çəkilən fotosu yayılıb.

Bunu "Qputnik Kırqızıstan” yayıb.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, 1 nəfər ölüb/Report.


SON XƏBƏRLƏR