Neftçi"- "Bney Yehuda" oyununda 4 qol vuruldu

img

09-08-2019 [09:32]


Dünən "Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Mia.az xəbər verir ki, Roberto Bordinin baş məşqçisi olduğu kollektiv İsrailin "Bney Yehuda" kollektivini qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Görüşdə ilk qol 26-cı dəqiqəyə təsadüf edib. Rəqibin heyətində Tambi Saqas fərqlənib. Bu qoldan 10 dəqiqə sonra Muhammed Qadir "Neftçi"ni yenidən mərkəzə dəvət edib. 42-ci dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+6-cı dəqiqədə Namiq Ələsgərov bərabərlik qolunu vurub - 2:2.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra İsraildə baş tutacaq. Bu cütün qalibi Avropa Liqasının pley-off mərhələsində "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR