08-08-2019 [21:05]
Balakən rayonunda zəlzələ olub.
Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla bildirir ki, təkanlar yerli vaxtla saat 18:58-də Zaqatala stansiyasından 24 km qərbdə Balakən rayonunda qeydə alınıb.
Maqnitudası 3.0, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün Lerikdə də 3 bal gücündə zəlzələ olub.