ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var

08-08-2019 [19:15]
ABŞ-ın Pensilvaniya ştatının Montqomeri qəzasında bu gün səhər kiçikmühərrikli "Beechcraft Bonanza” təyyarəsi qəzaya uğrayıb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 3 nəfər ölüb.

Təyyarə Filadelfiya şəhərindən Kolumbusdakı Ohayo Universitetinə gedirmiş.

Hadisəyə dair araşdırma aparılır.


SON XƏBƏRLƏR