Azərbaycan Ordusunun təlim hissə və bölmələrində andiçmə mərasimi keçiriləcək

img

08-08-2019 [16:57]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 11-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

Hərbi hissələrin komandanlığı ilə keçiriləcək görüşlərdə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR