“Neftçi" - “Bney Yehuda" oyununun biletləri tükənib

img

08-08-2019 [15:18]


"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sı ilə Bakıda keçirəcəyi ilk oyununda anşlaq gözlənilir. 

Paytaxt təmsilçisinin media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, qarşılaşma üçün nəzərtə tutulan biletlər artıq tükənmək üzrədir. Klub rəsmisi bildirib ki, görüş üçün çox az sayda bilet qalıb. 

Azarkeşlər bu gün biletləri yalnız "Bakcell Arena”nın kassalarından əldə edə bilərlər. Kassalar saat 21:00-dək işləyəcək. Stadion 11 minə yaxın azarkeş qəbul edə bilir. 

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR