"Kalaşnikov" və daşlarla silahlanmış tərəfdarları sabiq prezidentin evində - VİDEO

img

08-08-2019 [14:16]


Dünən Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin evinə qəfil hücumdan sonra tərəfdarları onun iqamətgahında keşik çəkirlər.

Mia.az xəbər verir ki, yerli kanallarda əməliyyatdan sonra onun evində keşik çəkən şəxslərin videoları yayılıb.

Həmin kadrlarda əməliyyatın təfərrüatı (qan ziləri, girov götürülən xüsusi təyinatlılardan alınan silahlar, dağıntılar və s.) aydın görünü. Eyni zamanda, sabiq prezidentin tərəfdarları onu qanları bahasına qorumaqda qərarlı olduqları şübhə doğurmur.

Məlumata görə, hazırda 10 minə yaxın tərəfdarı Atambayevin evinin ətrafına toplanıb.

Bir daha xatırladaq ki, sabiq prezidentin evinə hücum zamanı 1 xüsusi təyinatlı öldürülüb, mülki şəxslərdən isə 52 yaralı var.

Atambayevin tərəfdarları əməliyyat zamanı 6 xüsusi təyinatlını girov götürüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR