Şabran məhkəməsinin hakimi qonşuları necə üz-üzə gətirib?

img

08-08-2019 [13:16]


Mia.az-a müraciət edən Şabran rayonu Babək küçəsi, 26-cı məhəllədə yaşayan Qasımov  Elmar Qurbanəli oğlu bildirir ki, ona məxsus 1 sot torpaq sahəsi qonşusu  Məmmədağa Hacıyev  tərəfindən zəbt olunub. 

Qasımov  Elmar ona məxsus ərazinin Məmmədağa Hacıyevdən boşaldılmasını dəfələrlə xahiş etsə də, qarşı tərəf buna məhəl qoymayıb, onun haqlı tələbini kobudluqla qarşılayıb. 

Məmmədağa Hacıyev ərazinin Elmara məxsus olması ilə razılaşmayıb, ümumiyyətlə, bu ərazinin ona məxsus olmasını deyib  və  bildirib  ki,”kimə istəyirsən get şikayət et”. 

Bütün bunları görən Elmar Qasımov məcbur olub  məhkəməyə müraciət edib. Lakin vətəndaşın torpaq sahəsinin zəbt olunması açıq-aşkar görünsə də və bununla bağlı rəsmi sübut olsa da, Şabran Rayon Məhkəməsinin sədri, hakim Çingiz İsgəndərov qanunu pozanın  xeyrinə  qətnamə çıxarıb. Bu səbəbdən Elmar Qasımov, həm də hakim Çingiz İsgəndərovdan şikayətçidir.
 
Şabran bələdiyyəsinin sədri Qəhrəman Quliyev  tərəfindən  məhkəməyə təqdim olunması üçün Elmar Qasımova arayış da verilib ki, 2013 –cü il tarixli,02 saylı iclas protokoluna əsasən ona 5 sot həyətyanı torpaq sahəsi satılıb, lakin  həmin sahənin 100 m² -i 1 sotu  qonşusu Məmmədağa Hacıyev  tərəfindən zəbt olunub. Yəni Elmar Qasımovun sahəsinin qonşusu tərəfindən zəbt olunması təsdiq olunub rəsmən. Amma görünür, bu rəsmi sənəd hakim üçün əsas deyil.

Qanunsuzluqla üzləşən Elmar Qasımov məsələ haqda bunları deyir:

"2013-ci ildə qanuni şəkildə 500 manat rüsum köçürüb 5 sot  Şabran bələdiyyəsindən torpaq sahəsi aldım. Əvvəllər bu ərazi boş sahə olub.Hamıya bu ərazidə 5 (20×25 metr)sot sahə verilib.Maddi imkanım olmadığından sahəmdə evi yavaş-yavaş , imkan düşdükcə tikirdim,amma  ordada yaşamırdım,bir müddət atam da  əməliyyat olduğundan başım onun müalicəsinə qarşımışdı.2017-ci ildə evi hazır etmişdim demək olar.1 otaq yaşayış üşün  tam hazır olandan sonra- 2019-cu ildə  tikdiyim evə  köçdüm.

Amma yalnız bu yaxınlarda  hasar çəkməyə başlayanda məlum oldu ki qonşum mənim sahəmə girib.Bu da  usta  tikinti üçün ölçü işləri aparanda məlum oldu. Usta fundamenti qazanda dedi ki,sənin sahən ölçü ilə düz gəlmir, 1 sotdan az gəlir,heç 4 sot deyil.

Mən bələdiyyədən nümayəndə çağırdım onlar da xəritə ilə ölçdülər və dedilər ki,qonşun  həqiqətən sənin sahənə girib, tikdiyi tövləsinin bir hissəsi  sənin sahəndədir.Bu bələdiyyə sədri,onun müavini İmran da dəfələrlə təsdiq edib . Torpaq sahəsinin planı ,miqyası dəqiq göstərilib  və asanca bilinir ki kimin sahəsi haracandır.

Topaq sahəsinin mənə məxsus olması ,alqı-satqı ilə Şabran rayon bələdiyyəsindən alınması  dair,İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin  icazəsi və sairə bütün  müvafiq sənədlərim var.Ödədiyim qəbzlərəcən var.

 Şabran rayon məhkəməsində  may ayında  başlayan  məhkəmə prosesindən  4 məhkəmə iclası olub.Məhkəmə iclaslarının hamısında hakim Şabran Rayon Məhkəməsinin sədri  Çingiz İsgəndərov  olub. Məhkəmə katibi isə Aydın olub.

Birincisi,  məhkəmə iclası tanışlıq xarakerli olub,ikincidə hakim dedi ki sənədlərdən heç nə başa düşməyib.3-cü də  məsələ arşdırıldı,bələdiyyə sədri xəritədə hər şeyi aydın göstərdi.

4-cü məhkəmə iclası heç 5 dəqiqə çəkmədi və hakim qarşı tərəfin xeyrinə qərar çıxardı. Hakim son məhkəmədə dedi ki,”sənin "kupçan” yoxdur deyə mənim iddiam təmin  olunmur və Məmmədağa Hacıyevin tikdirdiyi tövlənin ərazisi qanunidir. Mənim qaldırdığım iddiailəbağlı hakimə  etiraz ərizəsi yazan Məmmədağa Hacıyev  sübut etməyə çalışıb ki, həmin sahə ona məxsusdur.Amma buna heç bir sübut gətirə bilməyib,lakin  bu ,hakimin onun xeyrinə qərar çıxarmasına mane olmayıb.

Qeyd edim ki,2012-ci ildən bu ərazidə verilən torpaq sahələrinə görə heç kimə  çıxarış sənədi verilməyib. Bunun da səbəbi bələdiyyənin deyinə görə onların  kadastra düşməməyidir. Amma bununla belə verilən sənədlər tam qanunidir.Heç kim gəlib deyə bilməz bu evlər qanunsuz tiklib, hər şey qanuni əsasladır, sadəcə olaraq bu evlər hələki satıla bilməz. 

Bələdiyyə  sədri deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri deyib ki, bu məsələ Milli Məclisdə qaldırılmalıdır və ola bilsin ki,məsələ öz müsbət həllini tapacaq və vətəndaşlar çağrılacaaq,onlara  "kupça"  -çıxarış paylanılacaq. Ancaq bu onlama gəlmir ki,onların sənədi qanunsuzdur. Hakim hətta dedi ki, Məmmədağa Hacıyevə məsləhət gördü ki, qonşunla dil tap, razılaş. Amma indi deyir ki, qanunsuzdur. Hakim  dövlət strukturunun rəsmi sübutunu görməzdən gəlir. Onsuz da sabahları kupşa verilsə belə, o sənəd bələdiyyədən verilən sənədəəsasən veriləcək,hansı ki,orada dəqiq göstərilib ki,o yer mənə aiddir  sənədlə.

Təbii ki, qərar  qanunsuz və ədalətsiz olduğuna görə mən çıxarılan qərarla razılaşmadığımdan ona  qol çəkmədim. Əlbəttə  ki, qərar  sənədi mənə rəsmən göndərilən kimi mən qərardan apellyasiya şikayəti verəcəm. Hesab edirəm hakimin bu qərarı qərəzlidir. Əslində qanunla Məmmədağa Hacıyevin  tövləsi də qanunsuzdur. Çünki qanunla tövlə yaşayış evinin ərazisində, ona  bitişik olmalıdır. Bu isə daha çox fermadır; orada o yüzlərlə qoyun,toyuq-cüçə,mal-qara saxlayır. Üstəlik tövlədən dözülməz qoxu gəlir və antisanitariya yaradır.

Mən məhkəmədə  sual verdim hakimə ki, bəs tutaq ki, mənim sənədim qanunsuzdur,”kupçam” yoxdur, axı onun da sənədi eynilə mənim sənədim kimidir. Onun xeyrinə niyə qərar çıxarırsız bəs onda?Hakim cavab verdi ki, ”o sənlik deyil, onu biz burda həll etmişik”.

Mən bu məsələni belə qoymayaca və axırınacaq öz haqqımı qanuni yolla tələb edəcəm.Mən  qonşuma hətta təklif etmişdim ki, tövlə  sökülməsin, qalsın mənim ərazimdə.Yəni o ziyana düşməsin, amma mənə də tutduğu  yer qədər tövlənin yanından 5 metr yer ayırsın. Hətta razılaşdıq da son məhkəmədə. Amma hakim sonradan nədənsə birdən-birə qərarını kəskin dəyişdi. Halbuki o özü deyirdi ki,”razılaşın qonşusuz. Məmmədağa Hacıyevin mənim sahəmi zəbt etməyinə bir əyani sübut da onun tövləsinin digər tərəfində 5 metr uzununa boş sahənin,istifadə edilməyən  yerin  olmasıdır. O özünə aid  torpaq sahəsini  boş saxlayıb mənim sahəmə girib. Burada artıq sahə ola bilməza axı. Hər şey  dəqiq ölçülüb ayrılıb. Amma hakim bu adi şeyi belə nədənsə görməyib.Mənə məxsus ərazi onsuz da az olduğundan mənə məxsus ,zəbt olunan ərazidə mən nəsə əkə bilərəm,ondan istifadə səmərəli edə bilərəm,bununla yaşayış şəraitimi  yaxşılaşdıra bilərəm. Hakimin açıq-aşkar mənim yerimi zəbt edən adamın xeyrinə  qərar çıxarmaqda görəsən, məqsədi  marağı nədir?”

 

Digər xəbərlər
SON XƏBƏRLƏR