Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edənlər tutuldu

img

08-08-2019 [11:30]


Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar.

Hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov faktı "Report"a təsdiqləyib. 

O bildirib ki, hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən 4 nəfər tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR