Atambayevlə bağlı əməliyyat: 1 nəfər ölüb, 52 yaralı var - Sabiq prezident təslim oldu + VİDEO

08-08-2019 [11:55]
Az əvvəl evinə yenidən 200 nəfərlik xüsusi təyinatlı yeridilən Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev həbs edilib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, evinin ətrafındakı qarşıdurmanın şiddətləndiyini görən sabiq prezident özü güc qurumları ilə danışıqlara gedərək, təslim olub.

***

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev onu saxlamaq məqsədi ilə Koy- Taş kəndində keçirilən əməliyyatda iştirak edən və girov götürdükləri təhlükəsizlik qüvvələri əməkdaşlarını azad edəcəklərini bildirib.

Mia.az xəbər verir ki, bunu Alamzbek Atambayev avqustun 8-də Koy-Taş kəndində tərəfdarları qarşısında çıxışı zamanı  deyib: "Onlar kimlərinsə övladlarıdır, bunu anlayıram. Onları mütləq buraxacağıq. Çoxunu dünən buraxmışıq”.

Atambayev bildirib ki, baş verən hadisədə iqtidar günühkardır: "Hadisə zamanı xüsusi təyinatlının ölümündən də iqtidar günühkardır. Mənim tərəfdarlarım silahısz olublar. Onlar yalnız ədalətsizliyə müqavimət göstəriblər".

O qeyd edib ki, bu gün Bişkekdə tərəfdarları ilə mitinq keçirəcək: "Bundan sonra  parlamentin binası qarşısında mitinqlər keçirəcəyik"

Baş verən hadisədən dərhal sonra ölkə prezidenti məzuniyyətini yarımçıq qoyaraq, Bişkekə dönüb. O, təhlükəsizlk Şurası üzvləri ilə keçirdiyi iclasda Atambayevi ittiham edib. Bildirib ki, o və tərəfdarları istintaqa sərt silahlı müqavimət göstəriblər. 

Prezident hüquq-mühafizə orqanlarına lazımı tədbirlər görməyi tapşırıb.

Son məlumata görə, Qırğız Respublikasının parlamenti avqustun 8-də növbədənkənar sessiya keçirəcək.

Bildirilib ki, sessiyada respublikanın keçmiş prezidenti Almazbek Atambayevin tutulması ilə bağlı keçirilən əməliyyatdan sonra ölkədə yaranmış vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, ötən gün axşam Təhlükəsizlik Komitəsinin bölmələri sabiq prezidenti saxlamaq üçün paytaxt Bişkekin 20 kilometrliyindəki Koy-Taş kəndində yerləşən iqamətgahında xüsusi əməliyyat keçirərək A.Atambayevin tərəfdarlarının müqaviməti ilə üzləşiblər.

Son məlumata görə, başa çatan əməliyyat zamanı aralarında jurnalistin də olduğu 52 nəfər yaralanıb, onlardan 46 yaşlı zabit xəstəxanada dünyasını dəyişib. 

A.Atambayev tərəfdarları 6 xüsusi xidmət əməkdaşını girov götürüblər.

Mia.az  




SON XƏBƏRLƏR