"Atambayev istintaqı sərt silahlı müqavimətlə qarşılayıb” - Qırğız prezidentindən xəbərdarlıq

08-08-2019 [11:02]
"Almazbek Atambayev Konstitusiya və Qırğız Respublikası qanunlarını kobud şəkildə pozaraq, qanun çərçivəsində istintaq tədbirlərinin keçirilməsini sərt silahlı müqavimətlə qarşılayıb”.

"Sputnik Kırgızistan” xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov avqustun 8-də ölkə Təhlükəsizlik Şurasının toplantısında bildirib.

O, Qırğız Respublikasının hüquqi dövlət olduğunu vurğulayaraq, dövlətin vəzifəsi bütün vətəndaşlarını yayınmadan qanunun tələblərini yerinə yetirməsini təmin etməkdir.

Dövlət başçısı Təhlükəsizlik Şurası üzvlərini ölkədə qanun qorunması, sabitlik və təhlükəsizliyin təmin olunması üçün təxirəsalınmaz bütün tədbirləri görməyi tapşırıb.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub/Report.


SON XƏBƏRLƏR