Prezident məzuniyyətini dayandıraraq geri döndü: Atambayev buraxılıb? - Qırğızıstanda müəmmalı olaylar

07-08-2019 [22:30]
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov məzuniyyətini yarımçıq saxlayaraq, Bişkekə qayıdıb.

Bu barədə Qırğız Respublikası rəhbərinin mətbuat xidməti məlumat yayıb.

"Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bu gün, avqustun 7-də, öz birhəftəlik qısamüddətli məzuniyyətini dayandıraraq, Bişkekə yollanıb", - deyə məlumatda bildirilir/Report.

***

"Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev evindədir”.

Bu barədə sabiq prezidentin müşaviri açıqlama verib.

Bildirilir ki, xüsusi təyinatlıların Atambayevin Koy-daş kəndindəki evinə basqın zamanı onlara mane olmaq istəyən kənd sakinlərindən yaralananlar var/APA.

Xatırladaq ki, bu gün Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması haqda bu gün video xəbərli məlumat yayılıb.

Mia.az TASS-a istinadla xəbər verir ki, xüsusi təyinatlılar Atambayev camaatla görüşərkən, qəfildən onun evinə daxil olublar:  "Orada atışma başlanıb. İlkin məlumata görə, əməliyyat zamanı 15 nəfər güllə yarası alıb".

Atışmanın getdiyi anda isə digər dəstə Atambayevi zorla maşına mindirərək, aparıblar.

Mia.az


SON XƏBƏRLƏR