ABŞ-la Türkiyə razılaşdı - Suriyada ortaq güvənli bölgə yaradılır

07-08-2019 [17:55]
Türkiyə ilə ABŞ arasında Suriyada təhlükəsiz bölgə yaradılması ilə bağlı, nəhayət, razılaşma əldə edilib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflərin bugünkü görüşündən təhlükəsiz dəhlizinin birgə formalaşdırılması barədə razılıq əldə olunub. 

Belə ki, Türkiyə ilə ABŞ-ın birgə fəaliyyətini əlaqələndirmək və idarə etmək üçün ən qısa müddətdə Ortaq Hərəkət Mərkəz yaradılacaq.


SON XƏBƏRLƏR