"Neftçi"nin baş məşqçisi: "Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir"

img

07-08-2019 [17:39]


"Rəqib yaxşı müdafiə olunur".

Mia.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsrailin "Bney Yahuda" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.

O bildirib ki, "Neftçi"ni çox çətin oyun gözləyir: "Rəqib güclü müdafiə olunur. Son oyunda "Makkabi"yə qarşı 9-10 nəfərlə müdafiə olunub. Topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi ustalığı olan futboluçuları çoxdur. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdır".

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. 

Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR