Xalq artisti: "Niyə mənim qızımı ləkələyirsiniz?" - VİDEO

07-08-2019 [12:18]
Xalq artisti Rafael Dadaşov "Xəzər" telekanalında yayımlanan"5-də 5” verilişinə qızı Səidə Dadaşova ilə birgə qonaq olub. 

Aktyor efir vasitəsi ilə müğənni qızı Səidə barədə xoşagəlməz xəbərlər yazanlara üzünü tutub:

"Molyerin yaxşı bir sözü var: "Almaz ləkə götürməz". Almaz, brilliant təmiz olur. Ləkəli olan brilliant sayılmır. Mən hər dəfə demişəm ki, bir ünvana xoşagəlməz söz demək üçün fikirləşin ki, bu kimin övladıdır. Vətən üçün, incəsənət üçün  nələr edib? Hansı ad qoyub, hansı titullara malikdir? Rafaeli əgər sevirsinizsə, hərdən qızımı niyə ləkələyirsiniz? Niyə? Axı ona dəyən daş mənə də  dəyir. Təmiz, safdır, brilliantdır mənim qızım. Amma atası var axı. Məni ləkələyə bilmirsiniz, çünki o qədər sevgi var ki, edə bilmirsiniz. Bəs onda niyə mənim övladımı niyə ləkələyirsiniz, onun ünvanına artıq, lazım olmayan sözlər deyirsiniz?" 

Xatırladaq ki, illər əvvəl Rafael Dadaşovun qızı, Səidənin  ikinci dəfə ərə getməsi və ana olması xəbəri qalmaqal yaratmışdı/Yenisabah.az.



SON XƏBƏRLƏR