“Taliban”la ABŞ arasında razılıq əldə olunub

06-08-2019 [16:08]
ABŞ öz hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı "Taliban” hərəkatı ilə razılığa gəlib.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, hərəkatdakı adı çəkilməyən mənbənin dediyinə görə, Dohada keçirilən danışıqlarda ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasına dair bütün ziddiyyətlər və fikir ayrılıqları aradan qaldırılıb.

Bununla yanaşı, "Taliban” hərəkatı radikal dəstələrlə əlaqələrinə son verməyi də qəbul edib.

Danışıqlarda ABŞ-ın xüsusi elçisi Zalmai Xəlilzad "Twitter”də Dohada bir neçə günlük müzakirələr nəticəsində "mükəmməl irəliləyiş"ə nail olduqlarını yazıb.

"Taliban”la əldə etdikləri razılaşma üçün beynəlxalq konsensus zəmini hazırlamaq məqsədilə amerikalı diplomatın bu gün Dehliyə səfər edərək Hindistanın xarici işlər naziri, xarici işlər katibi və milli təhlükəsizlik müşaviri ilə görüşlər keçirməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR