İxtisas seçiminin vaxtı uzadılmayacaq - DİM-dən xəbərdarlıq

06-08-2019 [17:38]
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılmayacaq və bu gün saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Mia.az-a verilən məlumata görə, avqustun 6-da saat 17.30-a olan məlumata əsasən 57772 abituriyent (o cümlədən 12118 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib.

335 abituriyent isə ixtisasları elektron ərizəsində qeyd edib yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

Abituriyentlərin (həmçinin subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlər qeyd olunan vaxtadək ərizələrini təsdiq etməlidirlər.


SON XƏBƏRLƏR