Bakıda mağazadan 15 minlik mobil telefon oğurlanıb

img

06-08-2019 [15:46]


Bakıda mağazadan qiyməti 14 min 432 manat olan mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki mağazaların birindən 1800 manat və 14432 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Delili saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR