ABŞ-ın yeni müdafiə nazirindən Ankaraya təhdid: "Hərbi əməliyyatlar qəbulolunmazdır"

06-08-2019 [15:14]
"Fərat çayının şərqində Türkiyənin həyata keçirmək istədiyi hərbi əməliyyatlar qəbuledilməzdir".

"Haber7” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.

"Suriyanın şimalında həyata keçiriləcək istənilən birtərəfli əməliyyat qəbulediməzdir. Ankara ilə anlaşacağımıza ümid edirəm. Görcəyimiz iş budur: ABŞ, Türkiyə və Demokratik Suriya Qüvvələrinin (terrorçu PKK-nın Suriyadakı YPG və PYD adlı qollarının yaratdığı silahlı qruplaşma - red.) Suriyanın şimalında ortaq maraqlara zərər verəcək birtərəfli sərhədboyu addımların atılmasına mane olmaq”, - müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Ankara Fərat çayının şərqində yerləşən və ABŞ-ın himayə etdiyi terrorçu PKK qruplaşmasının qollarının həmin bölgədən çıxarılmasını, Suriya ilə Türkiyə arasında 32 km-lik təhlükəsizlik bölgəsinin yaradılmasını tələb edir. ABŞ isə həmin ərazidə təhlükəsizlik bölgəsinin 3 km. olmasını təklif edir/Report.


SON XƏBƏRLƏR