Energetika nazirinin müavini Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək

img

06-08-2019 [13:55]


Avqustun 16-da energetika nazirinin müavini Elnur Soltanov Gədəbəy şəhərində Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Energetika Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qəbul saat 13:00-da Gədəbəy rayonu Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin "974” Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki "Qəbula yazılmaq" bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR