Neft Fondu AXC-yə həsr olunmuş illik hesabat hazırlayıb

img

06-08-2019 [13:17]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.

Mia.az xəbər verir ki, ARDNF-nin 2018-ci il üzrə hesabatının dizaynı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Hesabatda 100 il ərzində (1918-2018) Azərbaycanda həyata keçirilmiş ilklərə dair məlumatlar (Şərqdə ilk demokratik respublikanın qurulması, qadınlara səsvermə hüququnun verilməsi, Şərqdə ilk konservatoriyanın açılması, ilk dəniz platformasının tikintisi, Birinci Avropa oyunlarının keçirilməsi) öz əksini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR