Şəki sakini 120 kq narkotiklə tutuldu

img

06-08-2019 [11:10]


Şəki rayonunda həyətyanı sahəsini narkotik plantasiyasına çevirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun İbrahimkənd kənd sakini, 49 yaşlı Cavanşir Mustafayev saxlanılıb. 

Saxlanılan şəxsin kənddə yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumi çəkisi 120 kiloqrama yaxın 49 ədəd yaş, 10 ədəd quru vəziyyətdə narkotik tərkibli çətənə kolları, sellofan torbalarda 123 qram qurudulmuş, 52 qram qurudulmamış marixuana, 24 ədəd plastik qabda çətənə bitkisinin şitilləri və toxumları, eləcə də sənədsiz 16 kalibrli təklülə ov tüfəngi aşkar edilərək götürülüb. 

İlkin ifadəsində C.Mustafayev həmin narkotik tərkibli bitkiləri satış məqsədilə becərdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR