5 rayonunun kənd və qəsəbələrində qaz təchizatı dayandırılıb

img

06-08-2019 [10:36]


Bu gün səhər saat 09:00-dan 2 gün müddətinə Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR