KTN və onun strukturlarında çalışacaq işçilərin sayı bəlli oldu - Sərəncam

05-08-2019 [20:07]
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında”  və "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamlara dəyişiklik edib.

Mia.az xəbər verir ki, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilib:

1.1. 1-3-cü hissələr ləğv edilsin;

1.2. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 207 ştat vahidi, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 867 ştat vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Aparatının işçilərinin say həddi 85 ştat vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Aparatının işçilərinin say həddi 49 ştat vahidi müəyyən edilsin.”;

1.3. həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

1.3.1. 2-ci hissədə "Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri "Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin;

1.3.2. 3-cü, 5-ci və 6-cı hissələr ləğv edilsin.

2. "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 4-cü hissəsində "rayon (şəhər) kənd təsərrüfatı idarələrinin inzibati binalarından, Kənd Təsərrüfatı Nazirliyinin vivariumlarından və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin diaqnostika kabinetlərindən” sözləri "dövlət aqrar inkişaf mərkəzlərinin inzibati binalarından, Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin vivariumlarından və diaqnostika kabinetlərindən” sözləri ilə əvəz edilsin.


SON XƏBƏRLƏR