Vilayət Eyvazov Şəkiyə gedir - Nazir 6 rayonun sakinlərini qəbul edəcək

05-08-2019 [11:58]
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il avqust ayının 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


SON XƏBƏRLƏR