«Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi Bərdədə tədbir keçirib

05-08-2019 [11:03]
Avqust ayının 2-də «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Bərdə rayonunun Uşaq Kitabxanasının akt zalında "Milli maraqların müdafiəsi: sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsi çərçivəsində IV dəyirmi masasını keçirib.

Mia.az xəbər verir ki, layihə rəhbəri Sevinc Kərimova layihənin məqsədinin sosial şəbəklərdən istifadə edən vətəndaşlarımizla milli mənafeyimiz və dövlətimizın təhlükəsizıyi ilə bağlı mövzularda müzakirələr aparmaq oldugunu bildirib və mövzu haqqında ətraflı çıxış edib.

Bərəd rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar şöbəsinin əməkdaşı Fəxrədin Əzizov, Gənclər və İdman idarəsinn əməkdaşı Fidan Nəsirli, rayon ictimayətinin nümayədəsi Əli Əliyev mövzu ilə bağlı çıxışlar ediblər.

Tədbirdə Bərdə rayon "Asan” könülülləri olan gənclər və yeniyetmələrın mövzuya göstərdikləri həssaslıq və diqqət müzakirələri daha da maraqlı keçməsinə səbəb oldu.

40 nəfərdən çox rayon sakini iştirak etdiyi dəyirmi masa çay süfrəsi ərtafında davam edib.

Iştirakçılara Rabitə və Yüksək Texnoloğiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən təqdim edilmiş "Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları” kitabçası paylanılıb.

Qeyd edək ki, "Milli maraqların müdafiəsi : sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Analoji tədbirlər indiyədək iyun ayının 20-də Beylaqan, 5 iyulda Astara rayonunda keçirilib, 19 iulda Ağsyafa rayonunda keçirilib


SON XƏBƏRLƏR