“Sədərək” ticarət mərkəzində yanğın: 16 nəfər xəsarət alıb

05-08-2019 [10:25]
Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub. 

Mia.az Səhiyyə Nazirliyinə istinadla bildirir ki, onlardan 6-na yerində yardım edilib. 

Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: "10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar".


SON XƏBƏRLƏR