Zakir Həsənov Moskvada: nazir rus generallarla “Tank biatlonu” müsabiqəsini izləyib + FOTO

img

03-08-2019 [17:50]


Moskva şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 3-də Alabino hərbi poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Mia.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Zakir Həsənov, həmçinin Bütün Dünya Sülhməramlılarına həsr edilmiş heykəltaraşlıq kompozisiyasının açılış mərasimində iştirak edib.

Sonra general-polkovnik Z.Həsənov "Səhra mətbəxi” müsabiqəsinin iştirakçı ölkələrinin milli mətbəxlərinin xüsusiyyətləri ilə tanış olub və "Tank biatlonu” müsabiqəsinin birinci mərhələsinin çıxışını izləyib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən "Dəniz kuboku” ilə yanaşı Rusiyada "Tank biatlonu” və "Səhra mətbəxi”, Qazaxıstanda "Artilleriya atəşinin ustaları”, Belarusda "Snayper həddi” və Özbəkistanda "Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR