Bakıda qadının qorla pulunu alan keçmiş məhkum tutuldu

img

03-08-2019 [13:50]


Bakıda zor tətbiq edilməklə qadının pulu və mobil telefonunu oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, paytaxt sakini olan həmin şəxs Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan 3-cü Polis Bölməsinə müraciət edib. Adı açıqlanmayan qadın qəsəbə ərazisində naməlum şəxsin ondan zorla içərisində 970 manat pulu və mobil telefonu olan pulqabısını aldığını bildirib.

"İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Binə sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Kişiyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR