İcra başçısı camaatla səyyar görüş keçirdi, problemləri dinlədi, tapşırıqlar verdi - FOTOLAR

02-08-2019 [23:33]
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləyib.

Bu barədə İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə,  rayonun Cavadxan küçəsi əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.

Sakinlərdən  Qəyanə Abbasova, Azər Aslanov, Könül Cavadova, Güllü Qafarova və  digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın təmiri, istifadəsiz su çənlərinin damlardan yığışdırılması, həyət və girişlərin işıqlandırılması barədə müraciətlər edərək, təkliflər irəli sürüblər. 

Sakinlərdən Rauf Hacıverdiyev, Tünzalə Vahidova  "Bizim Həyət” layihəsi çərçivəsində görülən işlərə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla  xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunub.        

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.





































SON XƏBƏRLƏR