Abel Məhərrəmovun obyektində olay: kürəkəninin səhhəti qəfil pisləşdi + Açıqlama

02-08-2019 [20:49]
Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polkovnik Azər Paşayev xəstəxanaya yerləşdirilib.
Azər Paşayev Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda səhhəti ağırdır.

Qeyd edək ki, Azər Paşayev Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, Abel Məhərrəmova məxsus olduğu deyilən "El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov kürəkəni Azər Paşayevin xəstəxanaya yerləşdirilməsini təsdiqləyib: "Hazırda xəstəxanada müalicə olunur.  İnşaallah tezliklə səhhətində yaranan problemlər aradan qalxar”.

Unikal.org


SON XƏBƏRLƏR