Gürcüstanın baş naziri: “Lari möhkəm səviyyəsinə qayıdacaq”

img

02-08-2019 [15:52]


"Biz larinin özünün təbii və möhkəm səviyyəsinə qayıdacağını gözləyirik”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze brifinqdə bildirib.

Onun sözlərinə görə, son iki gündə milli valyuta gözlənildiyi kimi möhkəmlənib. Baş nazir turizm sektorunda gəlirlərin azalmasının müşahidə olunduğunu deyib:

"Hökumətin planlaşdırdığı tədbirlərin köməyi ilə bu sahə əvvəlki dinamikasına qayıdacaq. Biz turizm sektorunda artım dinamikasını bərpa edəcəyik və bu sahə növbəti illərdə də Gürcüstan iqtisadiyyatının əsas lokomotivlərindən biri olaraq qalacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR