Gürcüstanın Gəncəyə yeni Baş konsulu təyin olunub

img

02-08-2019 [15:40]


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncə şəhərinə təyin olunan yeni Baş konsulu Nikoloz İaşvilini qəbul edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

N.Bayramov Baş konsula Gəncə, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı barədə ətraflı məlumat verib. O bildirib ki, zəngin mədəniyyətə və qədim tarixə malik olan Gəncə Azərbaycanın ikinci böyük şəhəridir: "Şəhər əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir. Gəncədə bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir".

Bunlarla yanaşı, N.Bayramov Gəncə ilə Kutaisi arsında qardaşlaşmış şəhər münasibətlərindən söz açıb və mövcud əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Baş konsul Nikoloz İaşvili səmimi qəbula görə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar: "Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür".

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR